"Neftçala Balıq-Əmtəə-2022" MMC dövlət qeydiyyatına alındı

12:01 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Neftçala Balıq-Əmtəə-2022" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, 389 min 904 manat nizamanmə kapitalı olan şirkətin direktoru İsmayılov Tural Fikrət oğludur.

"Neftçala Balıq-Əmtəə-2022" MMC-nin hüquqi ünvanı Neftçala rayonu, İkinci Mayak qəsəbəsidir.