Rusiya şirkəti Azərbaycana balıq məhsulları ixrac edəcək

10:25 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Rusiyanın “Food Team” şirkəti Azərbaycandan olan tərəfdaşlarla masaqo kürüsünün və digər balıq məhsullarının tədarükü ilə bağlı müqavilə imzalayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 200 min ABŞ dolları təşkil edir.

Müqaviləyə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "UzFood" beynəlxalq qida sərgisində imza atılıb.