Azərbaycanda könüllü sığortalar üzrə zərərlilik göstəricisi cüzi artıb

10:26 - 25.07.2023


25 iyul, Fineko/abc.az. Azərbaycanda könüllü sığortalar üzrə zərərlilik göstəricis (ödəniş-yığım nisbəti) cüzi  artıb. 

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 37,1% təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur.

2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 35,5% təşkil edib.