14:13 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Gürcüstanda yaşayış evləri 2023-cü ilin ikinci rübündə illik müqayisədə 13% bahalaşıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, bu ilin aprel-iyun ayları ərzində mənzil qiymətləri 2020-ci ilin ortalaması ilə müqayisədə 28,8%, həyət evlərinin qiyməti isə 29,2% artıb. Bahalaşma cari ilin birinci rübü ilə müqayisədə də qeydə alınıb. Belə ki, aprel-iyun aylarında mənzil qiymətləri birinci rüblə müqayisədə 3,4%, həyət evlərinin qiymətləri isə 1,6% artıb.
Statistikaya görə, hazırda paytaxt Tbilisinin Mtatsminda, Vake kimi mərkəzi rayonlarında mənzillərin qiyməti hər bir kvadratmetrə görə orta hesabla 4 400 -5100 min lari (2900-3360 manat), ətraf rayonlarda isə 2700-2900 (1780-1910 manat) lari təşkil edir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026