15:35 - 21.07.2023
21 iyul, Fineko/abc.az. Azərbaycanda bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək "Supreme Pharmatech Manufacturing” MMC fəaliyyətə başlayandan sonra bir çox qida tullantılarından da istifadə etməyi nəzərdə tutur.
ABC.AZ "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bunu Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov bildirib.
Onun sözlərinə görə, Göyçaydakı nar emalı müəssisələri narşərab, nar şirəsi istehsal etdikdən sonra narların qabıqlarını, toxumlarını tullayırlar:
“Amma biz bu qabıq və tumları alaraq onları nano hissəcik şəklinə salıb istifadə edə bilərik. Çünki onlar dünyanın ən güclü antioksidantlarından birinin mənbəyidir. Bu xammalı indi ABŞ-dan alırıq. Ancaq artıq bu ixrac xammalını yerli xammalla əvəz etməyi düşünürük. İkincisi, Qubadakı alma email müəssisələrindən alma toxumlarını almağı düşünürük".
15 Avqust 2026
17 Avqust 2026