15:21 - 21.07.2023
21 iyul, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəyə yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş olub.
Agentlikdən ABC.AZ-a verilən məlumata görə, tədbir yüksək riskli məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə qida təhlükəsizliyi, o cümlədən yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026