17:32 - 17.07.2023
17 iyul, Fineko/abc.az. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub.
ABC.AZ xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır:
"Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir".
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026