17:17 - 17.07.2023
17 iyul, Fineko/abc.az. 2023-cü ilin may ayında Almaniya Azərbaycandan 1 milyon 19 min avro dəyərində təmizlənmiş meşə fındığı idxal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb. Qeyd edilib ki, 2023-cü ilin may ayı ərzində Azərbaycandan Almaniyaya meşə fındığı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 3,1 dəfə, pul ifadsində - 3,4 dəfə artıb.
Ümumilikdə, yanvar-may aylarında Azərbaycan Almaniyaya 13,101 milyon avro (artım 1,6 dəfə) dəyərində 2,428 min ton meşə fındığı (artım 1,7 dəfə) idxal edib.
15 Avqust 2026
17 Avqust 2026