14:09 - 11.07.2023
11 iyul, Fineko/abc.az. “PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin edilib.
ABC.AZ xəbər verir ki, bundan əvvəl E.Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi.
E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
“PAŞA Property Management” şirkətinin Baş kommersiya direktoru vəzifəsinə isə Riad Salayev təyin edilib. R. Salayev 2022-ci ilin avqust ayından etibarən "PAŞA Management Company"də Transformasiya direktoru olub.
Qeyd edək ki, “PAŞA Property Management” şirkəti daşınmaz əmlakın satışı, icarəsi və idarə edilməsini həyata keçirir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026