Fransada iğtişaşlar özəl sektora 1 milyard avrodan çox ziyan vurub

10:20 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Fransada polisin əlcəzairəsilli 17 yaşlı yeniyetməni öldürməsindən sonra bir neçə gün ərzində respublikanın hər yerində baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirləri 1 milyard avrodan çox itki ilə üzləşib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində deyib.

O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb.

“Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir”, – o deyib.