Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 64% artıb - Hesabat

15:21 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası yığım və ödənişlərdə  artım qeydə alınıb. 

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə 52 milyon 769,1 min manat sığorta haqqı toplanıb.

Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 595  min manat və ya 64% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 32 milyon 174,1 min manat olmuşdu. 

Daşınmaz əmlakın icbari sığortası üzrə cəmi ödənişlər isə 2023-cü  ilin yanvar-may aylarında 878,5 min manat təşkil edib.

Bu da keçən illə müqayisədə 437,9 min manat və ya təxminən 100,6% artım deməkdir.

Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm  440,6 min manat təşkil edib.

Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 1,7% təşkil edib.

Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 1,4% olmuşdu.