Azərbaycanda sement istehsalı cüzi artıb

16:40 - 14.06.2023


14 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1413,9 min ton sement istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement istehsalı 1,2 min ton və ya 0,1% artıb.

2022-ci ilin yanvar may-aylarında bu göstərici 1412,7 min ton təşkil edib.

01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 91,4 min ton olub.