12:23 - 2.06.2023
2 iyun, Fineko/abc.az. 27 marketə sahib olan "Grand Mart" şəbəkəsinin sahibi "Grand Mart" MMC hesabat açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin satışdan gəlirləri, yəni satışın illik dövriyyəsi 215 milyon 634 min manat olub. 2021-ci illə müqayisədə satış dövriyyəsi 83 milyon manat və ya 63% artıb.
Satışın, yəni satılan məhsulların 190 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 72 milyon manat və ya 62% artıb.
Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 25,7 milyon manat olub.
25 Avqust 2026