10:39 - 23.05.2023
23 may, Fineko/abc.az. Yaxın vaxtlarda qanunsuz tikililərin, yəni çıxarışı, sənədi olmayan yaşayış evlərinin də sığortalanacağı bildirilir. Bunun üçün Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birgə ideya layihəsinin hazırlandığı vurğulanır. Layihədə qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı proses nəzərdə tutulur.
Məlumatda, həmçinin layihənin reallaşdırılmasından sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyekti və fərdi evin sığortaya cəlb olunacağı qeyd edilir.
ABC.AZ xəbər verir ki, ekspertlər hesab edir ki, belə bir hal isə qanunsuz tikililərin sənədləşdiriləcəyini və onların sığortaya cəlb ediləcəyini şərtləndirir.
Birgə layihənin hazırlanması yekunlaşdırıldıqdan sonra vahid portal yaradılacaq və onun vasitəsilə bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılacağı gözlənilir.
4 Avqust 2026
4 Avqust 2026