17:22 - 5.05.2023
5 may, Fineko/abc.az. Bildiyiniz kimi, Ağdam şəhərində bir çox layihələr həyata keçirilir. Bunlardan Bərdə-Ağdam, Ağcabədi-Ağdam, Füzuli-Ağdam yollarını qeyd etmək olar.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Prezidentin Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
“Bununla yanaşı, Bərdə-Ağdam dəmir yolunda inşaat işləri sürətlə davam etdirilir. Bu layihənin artıq 90 faizi artıq icra olunub, ilin sonuna yekunlaşdırılması nəzərdə tutulur”, - o bildirib.
Mayın 2-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı burada ikinci və üçüncü yaşayış məhəllələrinin təməllərinin qoyulmasına diqqət çəkən Bəşir Hacıyev məhəllələrin tikintisinin yekunlaşdırılmasının 2025-ci ilin sonuna nəzərdə tutulduğunu deyib.
Dövlət başçısının səfəri zamanı Ağdam şəhərində inzibati binanın da təməlini qoyulduğunu qeyd edən Bəşir Hacıyev onun ümumi ərazisinin 2,12 hektar təşkil etdiyini deyib:
“Bildiyiniz kimi, Prezidentin səfəri zamanı Ağdam Muğam Mərkəzinin də təməli qoyulub. Muğam Mərkəzinin inşasının 2024-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur”.
30 İyul 2026
29 İyul 2026