16:10 - 3.05.2023
3 may, Fineko/abc.az. ABŞ-ın texnologiya şirkəti “IBM” yaxın illərdə bəzi iş yerlərinin süni intellektlə əvəzlənəcəyini bildirib.
ABC.AZ xarici mıtbuata istinadən xəbər verir ki, “IBM”-in baş direktoru Arvind Krişna vyaxın illərdə bəzi iş yerlərinin süni intellektlə əvəzlənəcəyini və həmin vəzifələrə işə qəbulun dayandırılacağını bildirib.
Həmin vəzifələrin daha çox insan resursları ilə bağlı olacağını bildirən Krişna, müştəri yönümlü olmayan bu iş yerlərində hazırda təxminən 26 min işçinin çalışdığını qeyd edib.
Beş il ərzində bəzi iş sahələrinin 30%-nin süni intellekt və avtomatlaşdırma ilə əvəzlənəcəyini deyən Krişna, təxminən 7800 işçinin işsiz qalacağını bildirib.
Qeyd edək ki, IBM-in hazırda 260.000-ə yaxın çalışanı var.
30 İyul 2026
29 İyul 2026