Azad edilmiş ərazilərdə işləmək üçün bu qədər sahibkar dövlətə müraciət edib

14:04 - 25.04.2023


25 aprel, Fineko/abc.az. İşğaldan azad edilmiş rayonlarımızda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyinə 1400-dən çox müraciət daxil olub. Ticarət, xidmət, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edən 73 investisiya layihəsi ilə bağlı işlərə başlanılıb.

ABC.AZ Apa-ya istina xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

"2023-cü ildən işğaldan azad edilmiş rayonlarda sahibkarlıq fəaliyyətinin cəlbediciliyini artıqmaq məqsədilə azad edilmiş rayonlarda rezidentlər mənfəət, gəlir, əmlak və torpaq vergisindən azad edilib. Onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılıb. Eyni zamanda bu ərazilərdə istehsalı stimullaşdırmaq üçün xammal idxalı 10 il müddətində ƏDV-dən azad edilib", - deyə S.Ələkbərov əlavə edib.