10:21 - 18.04.2023
18 aprel, Fineko/abc.az. Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir. Lakin burda “baş ağrıdan” məqamlar da az deyil.
ABC.AZ xəbər verir ki, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb.
V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir:
“Bu, binanın daha tez tikilməsinə səbəb olur. Nəticədə biznesin reallaşması, binanın təhvili prosesi tezləşir. Əslində bu, çox uğurlu variantdır. İndiyə qədər Azərbaycanda tikinti şirkətləri bu variantdan çox istifadə edib. Təbii ki, burda müəyyən risklər var. Çünki tikinti şirkətinin prosesi axıra qədər aparıb-aparmayacağı, yaxud vətəndaşın hansısa hüquqi problemlə qarşılaşıb-qarşılaşmayacağı məlum olmur.
Vətəndaşlarımız belə hallarda şirkətlərin keçmişinə nəzər yetirir. Şirkət keçmişdə problem yaşamayıbsa, ölkədə bir neçə binanın tikintisini yekunlaşdırmaq təcrübəsinə malik dayanıqlı şirkətdirsə, bu prosesə ruh yüksəkliyi ilə gedirlər. Ancaq yeni tikinti şirkətləri və keçmişi o qədər də şəffaf olmayan şirkətlərlə bu prosesi aparmaq risklidir. Bir çox hallarda vətəndaşlar bu riskə getmir. Ümumiyyətlə bizim insanlar hazır olmayan binadan mənzil almağa ehtiyatlı yanaşır və riskə getmirlər”.
Ekspert vurğulayır ki, bünövrədən mənzil alarkən ciddi araşdırma aparandan sonra qərar verilməlidir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026