Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub

15:29 - 17.04.2023


17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Şamaxıda elmi-praktiki konfrans keçirilib və tədbirdə işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edib.

ABC.AZ xəbər verir ki, konfransda çıxışı zamanı Qarabağda enerji və su infrastrukturun bərpası məsələsinə toxunan E.Hüseynov bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir:

"Qarabağ İqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir".