11:41 - 13.04.2023
13 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Zərdab” quruda neft yatağının istismarının bərpası üzrə tədbirlər planı hazırlayır. Bu səbəbdən yataqdakı istismar işləri dayandırılıb.
SOCAR-dan ABC.AZ-a bildirilib ki, “Zərdab” yatağının istismarı dayandırılsa da, eyni bloka daxil olan “Muradxanlı" və "Cəfərli" yataqlarında istismar işləri davam etdirilir. Bu yataqlarda 25 quyu var və bu quyulardan gündəlik 32 ton neft hasil olunur.
“Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının ümumi sahəsi 642,2 kvadrat kilometrdir və müqaviləyə əsasən reabilitasiya ilə kəşfiyyat ərazilərinə bölünüb. Bu yataqlar Azərbaycanın İmişli rayonunun Yevlax-Ağcabədi neft-qaz bölgəsində yerləşir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026