Neft ucuzlaşır, Brent bir barelə $86,96 təşkil edir

09:40 - 13.04.2023


13 aprel, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə yüksəldikdən sonra cümə axşamı baş tutan hərracda neftin etalon markalarının qiyməti aşağı düşür.

Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 09:35–də Londonun ICE Futures birjasında $0,37 (0,42%) azalaraq bir barel üçün $86,96-a düşüb. Aprelin 12-də Brent markalı neftin iyun  fyuçersləri $1,72 (2,01%) artaraq bir barel üçün $87,33-a çatıb.

Saat 09:35-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,31 (0,37%) azalaraq bir barel üçün $82,95-a düşüb. 12 aprel ticarətinin nəticələrinə görə, WTI  neftinin may fyuçerslərinin qiyməti $1,73 (2,12%) artaraq bir barel üçün $83,26-a yüksəldi.