Üç ayda 6,4 milyon ton neft ixraca nəql olunub

17:32 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 572 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 611 milyon tonu 01 aprel 2023-cü il tarixinədək ixraca nəql edilib.

2023-cü ilin yanvar-mart ayları üzrə ölkədə neftin emalı 1,7 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 140 min ton çox olub.