17:12 - 11.04.2023
11 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 12,2 milyard kubmetr təbii qaz hasil edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Energetika Naziriyindən bildirilib.
Belə ki, qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 6,7 milyard kubmetri “Şahdəniz”dən, 2,2 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur. Rüb ərzində Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,4 milyard kubmetr qaz nəql olunub.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026