09:20 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra çərşənbə axşamı baş tutan hərracda yüksəlir.
Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 09:18 –də Londonun ICE Futures birjasında $0,57 (0,68%) artaraq bir barel üçün $84,75-a çatıb. 10 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,94 (1,10%) ucuzlaşaraq bir barel üçün $84,18-a düşdü.
Saat 09:18-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,61 (0,76%) artaraq bir barel üçün $80,35-a yüksəldi. 10 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may neft fyuçerslərinin qiyməti $0,96 (1,19%), bir barel üçün $79,74-a düşdü.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026