11:09 - 3.04.2023
3 aprel, Fineko/abc.az. Bakının mərkəzində yeni park salınacaq.
ABC.AZ xəbər verir ki, yeni park Nərimanov rayonu ərazisində, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq.
Artıq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni parkın layihə-smeta sənədlərinin hazırlanması üçün tender elan edib.
İlkin mərhələ 3 aprel 2023-cü il saat 10.00-dan 2 may 2023-cü il saat 10.00-dək davam edəcək 5 may 2023-cü ildə birinci mərhələnin nəticələri açıqlanacaqdır.
İkinci mərhələ üçün təkliflər 8 may 2023-cü il saat 11.00-dan 23 may 2023-cü il saat 11.00-dək qəbul olunacaqdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır.
29 Avqust 2026
29 Avqust 2026
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026