14:38 - 31.03.2023
31 mart, Fineko/abc.az. Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.
ABC.AZ Fed.az-a istinadən xəbər verir ki, bazarda daha bir iri birləşmə baş verib.
Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.
Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.
Qeyd edək ki, “Music Gallery” 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026