11:23 - 13.03.2023
13 mart, Fineko/abc.az. ABŞ-da fəaliyyət göstərən ''Meta'' şirkətinin sahibi Mark Zukerberq yeni layihəsini həyata keçirməyə hazırlaşır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ''Meta'' şirkətinə yeni sosial şəbəkələrin əlavə ediləcəyi bildirilib.
''Meta'' sözçüsü istifadəçilərin öz maraqları ilə bağlı yenilikləri yerləşdirəcəkləri “müstəqil sosial şəbəkə proqramı” hazırladıqlarını təsdiqləyib.
Tətbiqin adı hələ məlum deyil. Həmçinin ''Twitter''-ə bildirildi ki, rəqib tətbiq istifadəçilərə ''İnstagram'' hesab məlumatları ilə qeydiyyatdan keçməyə imkan verəcək.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026