“Azsığorta” texniki zərər edib – Hesabat

12:01 - 27.02.2023


27 fevral, Fineko/abc.az. “Azsığorta” ASC-nin sığorta haqları azalıb, ödənişləri artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin yanvarında ”Azsığorta” ASC-nin sığorta yığımları 869 min manat təşkil edirdisə, 2023-cü ilin yanvar ayında bu rəqəm 668 min manata düşüb. Nəticədə, 201 min manatlıq və ya 23,1%-lik azalma qeydə alınıb.

Sığorta ödənişləri üzrə göstəricilərdə isə artım qeydə alınıb.

Belə ki, 2023-cü ilin yanvar ayında “Azsığorta” ASC-nin sığorta ödənişlərinin həcmi 782 min manat təşkil edib.

Bu 2022-ci ilin yanvar ayı ilə müqayisədə 57,7%, yəni 286 min manat artıqdır. Xatırladaq ki, ötən ilin yanvarında şirkətin ödənişləri 496 min manat olmuşdu.

Yığımların azalması, ödənişlərin isə artması nəticəsində “Azsığorta” şirkətinin ödənişləri yığımlarını keçib və şirkət yanvar ayında texniki zərərlə işləyib.

Müəllif: Elmir Murad