Neft ucuzlaşır, Brent bir barel üçün $82,36 təşkil edir

09:41 - 27.02.2023


27 fevral, Fineko/abc.az. Bazar ertəsi hərraclarda etalon markalı neftin qiyməti aşağı düşür.

London İCE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:40-da $0,46 (0,56%) azalaraq bir barel üçün $82,36-a düşüb. Fevralın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $0,87 (1,06%) artaraq bir barel üçün $82,82-a çatıb.

Saat 09: 40-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,38 (0,50%) azalaraq bir barel üçün $75,94-a düşüb. Fevralın 24-də aparılan hərracların nəticələrinə görə,  WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,93 (1,23%) artaraq bir barel üçün $76,32-a çatıb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 0,18%, WTI  isə 0,30% ucuzlaşıb.