Rayonlarda 10 minə yaxın insan daimi işlə təmin olunacaq - Nazir müavini

17:29 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Hazırda 32 rayonda 239.3 min hektar ərazidə layihə dəyəri 2.4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir və onlardan 44-ü artıq fəaliyyət göstərir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.

Nazir müavini bildirib ki, bu aqroparklarda 5 min nəfərədək daimi işçi var. "5500-dən çox insan isə mövsümi işlərə cəlb olunur. Ümumilikdə 10 minə yaxın insanın daimi işlə təmin olunacağı nəzərdə tutulur”, – deyə nazir müavini əlavə edib.