15:14 - 20.02.2023
20 fevral, Fineko/abc.az. “PAŞA Sığorta” şirkətində kadr təyinatı həyata keçirilib. Belə ki, şirkətin Agile Əmlak və Avto Blokunun idarəedilməsi istiqaməti üzrə fevral ayından yeni rəhbər təyin olunub.
Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, bu vəzifəyə Nuranə Teymurova təyin olunub.
Bildirilib ki, Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.
2020-ci ildən etibarən PAŞA Sığortanın Agile İdarəetməsinə keçid prosesində iştirak edib, 2021-ci ildə şirkətin Agile Transformasiyası Ofisinin rəhbəri vəzifəsinə yüksəlib.
Nuranə Teymurova şirkətin Agile Transformasiyasına rəhbərlik etmiş və yeni təşkilati modelin qurulmasında, Avto və Əmlak Sığortası Blokunun, Tibbi Sığorta və Rəqəmsal Blokun yaradılmasında iştirak edib.