Azərbaycanda muzdla işləyənlər ən çox bu sahələrdə çalışır – SİYAHI

17:12 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətdə artaraq 839,4 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ötən ilin statistik məlumatlarında qeyd edilib. Məlumata görə, muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Müəllif: Elmir Murad