15:20 - 8.02.2023
8 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin fəaliyyətinin genişləndirilməsi barədə fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, fərmana əsasən Dövlət Turizm Agentliyinin 8 regional bölməsi yaradılıb.
İndiyədək bu sahədə işlər turizm informasiya mərkəzləri vasitəsilə həyat keçirilirdi. Fərmana əsasən yaradılan regional mərkəzlər bunlardır - Bakı-Abşeron Regional Turizm İdarəsi; Gəncə Regional Turizm İdarəsi; Şəki Regional Turizm İdarəsi; Lənkəran Regional Turizm İdarəsi; Mingəçevir Regional Turizm İdarəsi; Quba Regional Turizm İdarəsi; Qarabağ Regional Turizm İdarəsi; İsmayıllı Regional Turizm İdarəsi.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026