11:36 - 31.01.2023
31 yanvar, Fineko/abc.az. Azərbaycana gələn xarici vətəndaşlanrın 80%-i Bakı otellərində yaşayır.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Komitənin məlumatına görə, xaricilərin otelərdəki gecələmə sayının 79,6%-i Bakı otellərinin payına düşüb.
Bakıdan sonra xaricilərin ən çox üz tutduğu rayon hələ də qəbələdir – otel gecələmələrinin 7,2%-i bu rayonun payına düşür. Xarici turistlərin 4,0%-i Qubada, 3,4%-i Qusarda, 2,6%-i Naftalanda, 0,7%-i Şabranda, 0,6%-i Naxçıvanda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
5 Avqust 2026
5 Avqust 2026