09:07 - 18.01.2023
18 yanvar, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət zamanı neftin etalon markalarının qiyməti artır.
London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:05-də $0,68 (0,79%) artaraq barel başına $86,60-a yüksəldi. Yanvarın 17-də keçirilən ticarətin sonunda Brent markalı neftin mart fyuçersləri $1,46 (1,73%) artaraq barel başına $85,92-a çatıb.
Saat 09:05-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçersi $0,71 (0,88%) artaraq barel başına $81,16-a yüksəldi. Yanvarın 17-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,12 (1,41%) artaraq barel başına $80,45-a çatıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026