10:53 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən bu vaxtadək İtaliyaya 16,4 milyard kubmetr qaz nəql edilib. Bu həcmin 9,6 milyard kubmetri yalnız 2022-ci ilin payına düşüb.
ABC.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, ötən il İtaliyaya təbii qaz nəqli 2021-ci illə müqayisədə 41 faiz artıb.
Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP hazırda İtaliyanın ikinci təbii qaz təchizatı mənbəyidir.
Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026