Son 9 ayda Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsində ciddi kəsir yaranıb

17:12 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. 2022-ci ilin 9 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsində 88 milyon dollar həcmində kəsir yaranıb.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildirilir.

"2022-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.6 dəfə artaraq 1.3 milyard dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (692 milyon dollar) ixracı (604 milyon dollar) üstələməsi nəticəsində 88 milyon həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.2 dəfə artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.7 milyard dollar olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla)", - hesabatda bildirilir.