12:14 - 5.11.2022
5 noyabr, Fineko/abc.az. ABŞ Prezidenti Co Bayden “Twitter” kompaniyasının sahibkar İlon Mask tərəfindən alınmasından narahat olduğunu, eyni adlı sosial şəbəkənin "bütün dünyaya yalanlar püskürən" bir alət olduğunu söyləyib.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Ağ evin başçısı bunu Çikaqo şəhərində (İllinoys ştatı) keçirilən seçkiqabağı tədbirdə çıxış edərkən bildirib.
"Hazırda hamımızı narahat edən budur: İlon Mask bütün dünyaya yalanlar yayan, püskürən bir alət götürür və satın alır. . Amerikada artıq redaktorlar yoxdur", - Co Bayden çıxışında belə deyib.
İlon Mask “Twitter”i 44 milyard dollara almaq barədə müqaviləni oktyabrın 27-də bağlayıb.
Sosial şəbəkənin yeni sahibinin istifadəçiləri həmişəlik bloklamaq praktikasına son qoyacağı gözlənilir.
O, həmçinin kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaratdığını elan edib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026