12:14 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu ay 4 gün ardıcıl iş olmayacaq. Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür.
Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq. Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026