15:20 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə (183 600 manat) maaşı məbləğində icbari sığorta ediləcək.
ABC.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bildirək ki, müvəkkilin aylıq əmək haqqı 3060 manatdır.
Qeyd edək ki, Azərbaycanda ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir.
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026