Türkiyədə qonaqlama vergisi hazırlanacaq

16:51 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. Türkiyə Cümhuriyyətinin Gəlirlər İdarəsi bundan əvvəl təxirə salınmış və 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qonaqlama vergisinin necə tətbiq ediləcəyi ilə bağlı kommunike layihəsi hazırlayıb.

ABC.AZ-ın məlumatına görə, qonaqlama vergisinin dərəcəsi 2 faiz olacaq.

Qonaqlama vergisi qonaqlamanın növündən asılı olaraq tutulacaq.

Mehmanxanalar, motellər, tətil kəndləri, pansionatlar, mənzillər, termal obyektlər, qonaq evləri, dağ evləri və düşərgə kimi obyektlərdən 2 faiz dərəcə ilə vergi alınacaq.

Bunlardan başqa, ölkə Prezidentinin bu faizi iki qata qədər artırmağa, yarıyadək azaltmağa və bu hədlər daxilində müxtəlif dərəcələr müəyyən etməyə səlahiyyəti var.

Hədiyyə adı ilə göstərilən qonaqlama xidmətlərindən vergi tutulacaq.