09:20 - 13.10.2022
13 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri üç sessiya ardıcıl olaraq düşdükdən sonra cümə axşamı günü ticarətdə sabitdir.
Saat 09:09-da London ICE Futures birjasında Brent neftinin dekabr fyuçersi dəyişməyib və barrel başına $92,45 səviyyəsində qalıb. Ticarətin nəticələrinə görə, oktyabrın 12-də bu müqavilələr $1,84 (1,95%), barrel üçün $92,45-ə qədər ucuzlaşıb.
Saat 09:09-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçers qiyməti $0,10 (0,11%) - barrel başına $87,17-ə düşdü. Oktyabrın 12-də hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $2,08 (2,33%), barrel başına $87,27-ə düşüb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026