11:57 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Pandemiya ilə əlaqədar yaranan fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2023” sərgisi aprelin 25-dən 27-nə kimi Bakı Ekspo Mərkəzində yenidən təşkil olunacaq.
ABC.AZ xəbər verir ki, sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.
“AITF 2023” sərgisi dünyanın müxtəlif yerlərindən şirkətləri, elə isə, Azərbaycan, Belarus, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, və başqa ölkələrdən şirkətləri bir araya gətirəcək.
Belarus, Xorvatiya, Polşa, və başqaları milli stendlərlə iştirak edəcəklər.
Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan AITF 2023-ün baş sponsoru olacaq.
Müəllif: Elmir Murad