23:04 - 4.06.2018
4 iyun, Fineko/abc.az. Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.
Bu, 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.
Reytinqdə 137 ölkə var. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə qiymətləndirilib.
Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85-ci yer - 3,7 bal), Gürcüstan (82-ci yer - 3,8 bal), Rusiya (114-cü yer - 2,9 bal), Qazaxıstan (115-ci yer - 2,9 bal), Ukrayna (130-cu yer - 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.
Dünyanın ən pis yolları Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haitidədir (hər ikisi 2,1 bal).
Reytinqdə Biləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur (6,3 bal) və İsveçrə (6,3 bal) liderlik edirlər. İlk onluğa, həmçinin Honq Konq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxildir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026