11:05 - 26.08.2022
26 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Agentlik tenderin qalibi olaraq "Excellent Trade" MMC-ni seçib. Qurum şirkətə 2,297 milyon manat ödəyəcək.
Müəllif: Elmir Murad