15:04 - 19.08.2022
19 avqust, Fineko/abc.az. Əfqanıstan neft məhsulları və malların barter sxemi ilə alınması imkanlarını nəzərdən keçirir. Ölkə bunun müqabilində Rusiyaya minerallar, kişmiş və dərmanlar üçün xammal ixrac etməyə razıdır,
ABC.AZ rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Nuriddin Əzizi deyib.
“Bizim prioritetimiz bu Rusiya mallarını barter əsasında idxal etməkdir. Bu sxem üzrə əməliyyatlar nəticə verməzsə, o zaman maliyyə əməliyyatlarından istifadə edə bilərik. Bu məsələ ilə bağlı heç bir problem yoxdur”. – Əzizi bildirib.
15 Avqust 2026
17 Avqust 2026