10:42 - 15.07.2022
15 iyul, Fineko/abc.az. 2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026