Şadlıq saraylarında menyu qiymətləri bahalaşdı - Detallar  

11:41 - 13.07.2022


13 iyul, Fineko/abc.az.  İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63 % artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin montironqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.