17:26 - 22.05.2018
22 may, Fineko/abc.az. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə əhalisinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.
AQTA-nın məlumatında deyilir ki, monitorinqlər may-iyun aylarında keçiriləcək.
“Monitorinqlərtəsərrüfat subyektləri arasında ərzaq təhlükəsizliyi, qeydiyyat və sertifikatlaşdırma prosesləri sahəsində texniki sənədlər barədə məlumatlandırıcı xarakter daşıyır”, - məlumatda belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, bu gün monitorinqlərin lik günü “Bakı Qida və Yağ Fabriki”, “Sun-Tea Çay Fabriki” və “AzMeat Production” şirkətlərində keçirilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026