16:09 - 22.06.2022
22 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank son 5 ayın maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən hesabatda bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Hesabata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 38 % azdır. 5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib.
Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026